• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

Bakı Slavyan Universiteti (BSU) 70 illik yubileyini qeyd edir.

Bakı Slavyan Universiteti (BSU) 70 illik yubileyini qeyd edir.
70 illik yubiley Fəxri Xiyabanda Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyulması ilə başlanıb.
Tədbir universitetin akt zalında davam edib.
Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 70 illik yubileylə bağlı təbrik nitqləri ilə çıxış edərək BSU-nun rəhbərliyinə və kollektivinə yeni nailiyyətlər arzulayıblar.
Tədbirdə Bakı Slavyan Universitetinin tarixini və bugünkü fəaliyyətini əks etdirən qısa metrajlı film nümayiş etdirilib.
Sonra Bolqarıstan Respublikasının vitse-prezidenti Maqarita Popova, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Brno Texniki Universitetinin professoru İvan Meznik, Minsk Dövlət Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru Anatoli Qorlatov, Moskva Dövlət Linqvistik Universitetinin Morisa Tereza adına Xarici Dillər İnstitutunun direktoru Varonina Qalina Borisova Poltava iqtisadiyyat və ticarət universiteti prorektor Sergey Garkusha təbrik nitqləri söyləyiblər.
15577620_1194166047317431_825191158_n 15591730_1194166253984077_1434871554_n15590150_556306107896613_6557140446655183217_n
15608788_1194166447317391_1237153749_o

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT