• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

ÇİN DİLİ KURSU

18 mart 2010-cu il tarixində Poltava İqtisadiyyat və Ticarət Universitetində Çin mədəniyyət-dil mərkəzi açılıb. Mərkəzin yaradılması universitetin V.N. Karazin adına Xarkov Milli Universitetinin Konfutsi İnstitutu ilə əməkdaşlığın nəticəsi oldu. Həmin Mərkəz Poltava sakinlərinə və şəhərin qonaqlarına Çin dilini, Çin adət-ənənələrini və mədəniyyətini öyrənmək imkanını verir. PITU tələbələri Çin dilini həmin mərkəzdə öyrənmək imkanına malikdirlər. Çin mədəniyyət-dil mərkəzində müxtəlif səviyyəli çin dili kursları fəaliyyət göstərir, həmin kurslar bütün yaşda tələbələr üçündür.

Səviyyələr: beginners, pre-intermediate, intermediate, upper-intermediate.

Müddət: bir kurs çərçivələrində 36 dərs (üç ay müddətində), həftədə 3 məşğələ olmaqla

Kimlər dərs verir: Çin dilində danışan Anxoy (Xefey, Çin) universitetindən dəvət olunmuş-müəllimlər

Kursun və & səviyyələrin təsviri:

Beginners: həmin səviyyəli hazırlıq kursu Sizi cin dilinin leksikası və qrammatikası ilə tanış etmək üçündür. Həmçinin, tələbələr tələffüzlərini inkişaf etdirirlər və aşağıda sadalanmış mövzularda danışmaq bacarıqlarını da əldə edirlər:

  • salamlamaq
  • yaş
  • milliyyət
  • ailə
  • asudə vaxt
  • qida və içkilər
  • sağlamlıq

Tələbələr əsas Çin frazalarını öyrənir və yazı qaydalarında öz praktikalarını artırırlar.

Pre-intermediate & Intermediate: Çin dilinin əsaslarını öyrənəndən sonra tələbələr 4 əsas dil istiqamətlərində bacarıqlarını təkmilləşdirir: düzgün / əmin oxu və müasir yazı qaydaları, aktiv audio yoxlamalar və sərbəst ünsiyyət. Bu kursun sonunda tələbələr:

  • ictimai nəqliyyatda
  • alış-veriş zamanı
  • hobbi
  • bayramlar
  • hədiyyələr
  • idman
  • hava
  • gələcək planlar və niyyətlər haqqında danışa biləcəklər

Upper-intermediate: həmin səviyyənin məzunları Çin dilindən verbal və qeyri-verbal ünsiyyət üçün sərbəst istifadə edə bilərlər. Həmin səviyyə Çin dilində müxtəlif həyat sahələrində fikirlərini ifadə etmək imkanını verir. Həmin səviyyə tamamilə yeni keyfiyyətli bililəri verir. Həmin səviyyənin sonunda tələbələr Çin dilində sərbəst danışa biləcəklər.

Bizim üstünlüklər:

  • Hər səviyyəni bitirəndən sonra dinləyici müəyyən bilik səviyyəsini göstərən Konfutsi İnstitutunun sertifikatını alır
  • Müxtəlif səviyyəli HSK testinin verilməsinə hazırlıqda kömək (Çin dilindən standartlaşdırılmış ixtisas imtahanı, Çin dilində danışanlar üçün deyil, yalnız xarici tələbələr, xaricdə olan çinlilər və Çində yaşayan etnik azlıqlar üçündür)
  • Konfutsi İnstitutunun azmüddətli və ya uzunmüddətli təqaüdünü almaq imkanı (qərargahdan)
  • Yeni dostlar və yeni təcrübə
  • Təhsil üçün gözəl şəraitlər

 

Təhsil 2016-cı ilin oktyabr ayında başlanır

Təhsilin qiyməti hər səviyyə üçün (3 ay) 30 ABŞ dolları (750 qriven) təşkil edir

Indi daxil ol! Çin dilini öyrənmək üçün bu əla fürsətdir.

Əlavə məlumatları almaq və kursa daxil olmaq üçün Anna Artyomenko ilə əlaqə saxlayın.

e-mail: annaartemenko5@gmail.com

tel.: +38 099 20 25 322

 

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT