• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

İNGİLİS DİLİ YAY MƏKTƏBİ

PİTU YAY DİL MƏKTƏBİ

Peşə fəaliyyəti və gündəlik həyatda ingilis dilində danışıq qabiliyyətlərinizi artizmaq üçün PİTU xarici tələbələrə Yay dil məktəbinə daxil olmağı təklif edir. Siz çoxmədəniyyətli mühitdə ingilis dilini xarici dil kimi öyrənmək imkanını və qiymətli təcrübə əldə edirsiniz. Eyni zamanda Yay məktəbi müddəti ərzində Ukrayna Sizə özünü Avropanın ən böyük ölkələrindən biri və misilsiz adət və ənənələrə malik ölkə kimi göstərəcək və ürəyini açacaq.

PİTU Yay dil məktəbi Sizə ingilis dilinin öyrənilməsi məqsədilə 4-pilləli kurs təqdim edir – А1, А2, В1, В2.

PİTU Yay dil məktəbində təhsilə başlamazdan əvvəl, öz dil səviyyələrini müəyyən etmək və müvafiq kursu seçmək üçün tələblər testdən keçməlidirlər. PİTU Yay dil məktəbində təhsil nəticəsində xarici tələbələr ingilis dilində daha sərbəst danışacaq.

TƏLƏBƏLƏR aşağıdakıları öyrənəcək:

  • Oxu qabiliyyətlərinin inkişafı nəticəsində şifahi və yazılı nitqi daha yaxşı anlamaq
  • Şifahi danışıq təcrübəsi vasitəsilə aydın, düzgün və sərbəst danışmaq
  • Canlı danışığı və TV-proqramları anlamaq
  • Geniş qrammatik biliklərdən təcrübədə istifadə etmək

 

Təhsil müddəti ərzində tələbələr müxtəlif tədbirlərdə iştirak edirlər. Təhsil prosesi həm kiçik qruplarda, həm də şəxsi formada keçirilir. Tələbə ingilis dilində oxumağı, yazmağı, dinləməyi və danışmağı öyrənəcək. Yay dil məktəbinin bütün kursları interaktivdir və onlara müxtəlif mövzulu tapşırıqlar daxildir. Yüksək nəticəni təmin etmək üçün müəllimlər müxtəlif materiallardan istifadə edir:

  • radio və TV proqramlar
  • müasir proqram təminatı
  • kitab və jurnallar

Tələbələr aşağıdakı təcrübələrdən keçir:

Oxu (xəbər saytları, hesabatlar, hekayələr) və ingilis dilinin anlaması, bununla dil lüğəti əlavə sözlərlə zənginləşdirilir

Yazı (kiçik cümlələrdən uzun paraqraflara və esselərədək), yazılı ünsiyyətdə daha əmin olmaq üçün

Danışıq nitqi (dialoqlar, gündəlik həyat hadisələri), ünsiyyətdə və danışıqlarda / müsahibələrdə daha inandırıcı olmaq üçün

Xarici nitqin eşidib başa düşülməsi (audio yoxlama), əsas mənanı ifadə etmək qabiliyyətini inkişaf etmək üçün

Bütün xarici tələbələr xarici dilləri öyrənmək üçün lazımi xüsusi proqram təminatı ilə təmin ediləcək.

Kursun müddəti 6 həftə (gündə 5 akademik saat) təşkil edir.

Hər həftənin sonunda tələbələr alınmış dil qabiliyyətlərinin yoxlanması məqsədilə testlərdən keçir.

Təhsilin sonunda PİTU Yay dil məktəbinin tələbələri sertifikatları alır.

Ən yaxın vaxtlarda PİTU Yay dil məktəbinin açılışı – 2017-ci ilin yayında.

Qeydiyyatdan indi keçin və biz Sizə bütün xəbərlər haqqında məlumat verəcəyik!

Ukrayna və PİTU ilə tanış olmaq üçün nadir fürsəti əldən verməyin!

 

Bizə qoşulun!

your data is protected

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT