• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

İxtisas haqqında

Bugünkü gündə beynəlxalq iqtisadi münasibətlər (BİM) sahəsində peşəkarlara ehtiyac yüksəlir. Belə mütəxəssislər həm daxili, həm də xarici bazarları nəzərdə tuturlar. Onlar həmin bazarları təhlil edə bilir və onların inkişafını proqnozlaşdıra da bilirlər.

Beynəlxalq iqtisadi münasibətlər sahəsində müasir ekspertlərin beynəlxalq ticarətdə, investisiyalarda və maliyyədə praktiki bacarıqları var. Onların qərarları qlobal bazarda baş verən proseslərin anlanmasına əsaslanır. Onlar uğurla və effektiv olaraq beynəlxalq biznesin qaydalarını və xüsusiyyətlərini anlayırlar. Onlar beynəlxalq hüquq normalarının necə tətbiq edilməsini və beynəlxalq iqtisadi münasibətlərin necə tənzimlənməsini bilirlər. BİM məzunlarının vacib üstünlüyü onlar biznes səviyyəsində xarici dilləri (ingilis dilini) gözəl bilmələridir. PİTU tələbələrinin iki xarici dilini öyrənmək və xarici ölkələrdən dəvət edilmiş müəllimlərlə təşkil edilmiş əlavə dil kurslarına getmək imkanları var. Üçüncü xarici dil kimi proqrama Çin dili əlavə edilib.

TƏHSİL PROQRAMI

Həm ukraynalı, həm də xarici tələbələr aşağıda göstərilmiş ixtisas fənlərini öyrənirlər:

  • Beynəlxalq iqtisadi nəzəriyyə
  • Xarici firmaların maliyyəsi
  • Xarici ölkələr iqtisadiyyatı
  • Ukraynanın beynəlxalq iqtisadi fəaliyyəti
  • Beynəlxalq marketinq
  • Beynəlxalq maliyyə
  • Beynəlxalq iqtisadi analiz
  • Beynəlxalq təşkilatlar
  • Transmilli korporasiyalar
  • Xarici ölkələrdə uçot
  • Beynəlxalq iqtisadi hüquq
  • Qlobal iqtisadiyyat
  • Beynəlxalq investisiya layihələrinin idarə edilməsi və s.

İŞƏ DÜZƏLMƏ İMKANLARI

Təhsili başa vurandan sonra tələbələr həm Ukraynada, həm də xaricdə beynəlxalq biznesdə fəal iştirak edən yerli və xarici müəssisələrdə, transmilli korporasiyalarda, banklarda və investisiya fondlarında, beynəlxalq müəssisələrdə işləyə bilərlər. Ümumiyyətlə, BİM ixtisası üzrə məzunların iş yerlərinin əsas fəaliyyət sahələri aşağıdakılardır:

  • Biznes analitika
  • Biznes planlaşdırma
  • Satışların idarə edilməsi
  • Marketinq
  • Kommunikasiyalar

BİM ixtisası üzrə məzunlar aşağıda göstərilmiş vəzifələri tutur:

  • Beynəlxalq ticarət üzrə iqtisadçı
  • Satış üzrə iqtisadçı
  • Mal bazarının tədqiq edilməsi üzrə analitik
  • Razılaşdırılmış işlər və narazıçılıqlarla iş üzrə iqtisadçı
  • Planlaşdırma üzrə iqtisadçı
  • Maliyyə analitiki
  • İnvestisiyalar üzrə analitik
  • Kreditlərin verilməsi üzrə analitik
  • Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin analizi üzrə iqtisadçı
  • Iqtisadi məsələlər üzrə məsləhətçi
  • Xarici əməliyyatlar sahəsində menecer
  • Müxbir hesablarin idarə edilməsi və beynəlxalq hesabatlar üzrə mütəxəssis

QƏBUL QAYDALARI

Beynəlxalq iqtisadi münasibətlər ixtisasına qəbul olunmaq üçün qəbul imtahanlarını və ya testləri vermək lazım deyil. Bakalavr təhsil-ixtisas səviyyəsinə sənədləri verən xarici tələbələr tam orta təhsilli olmalıdırlar.

Magistr təhsil-ixtisas səviyyəsinə qəbul olunmaq üçün xarici tələbələr (həmçinin, ukraynalı tələbələr də) Bakalavr dərəcəsinə malik olmalıdırlar və Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə müsahibədən keçməlidirlər.

Bakalavr dərəcəsini hansı ixtisas üzrə aldıqlarından asılı olaraq tələbələr 1.5 il və ya 2 il oxuyur. Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə Bakalavr dərəcəsini almış tələbələr 1.5 il oxuyur. Başqa bilik sahələri üzrə Bakalavr dərəcəsini almış tələbələr isə 2 il oxuyur.

Sənədlərin verilmə proseduru başqa ixtisaslarla eynidir. Xahiş edirik, sənədlərin verilmə proseduru ilə tanış olmaq və universitetə daxil olmaq proseduru ilə tanış olmaq üçün DAXİL OLMAQ səhifəsinə keçin.

TƏHSİL HAQQI

PİTU xarici tələbələr üçün ən ucuz universitetlərdən biridir.

Müxtəlif proqramlar üzrə təhsil haqqı aşağıda göstərilib:  

Bakalavr dərəcəsinə (4 illik təhsil)
1-ci kursun qiyməti (USD)2-ci kursun qiyməti (USD)3-cü kursun qiyməti (USD)4-cü kursun qiyməti (USD)Ümumi qiymət (USD)
8008809681 0653 765

Təhsilin qiyməti ABŞ dollarında göstərilib.

Ukrayna ərazisində təhsil haqqı milli valyutada Ukrayna Milli Bankının valyuta məzənnəsinə uyğun həyata keçirilir.

Təhsil haqqına ölkəyə gələndən qabaq və sonra əmələ gəlmiş əlavə xərclər daxil deyil. Tələbələr vizanın alınması, sığortalanma, yerli qeydiyyat ödənişlərinin ödənilməsi, yataqxana qiymətinin ödənilməsi, dəftərxana ləvazimatlarının alınması və s. ilə bağlı məsələləri özləri həll etməlidir. Bütün xərclərin ətraflı təsviri burada göstərilib.

  BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR (BİM) 

Important!

Education Levels and Duration of Study:

  • Bakalavr dərəcəsinə - 4 illik təhsil
  • Magistr dərəcəsi - 1,5-2 illik təhsil

Languages of study:

  • English
  • Russian
  • Ukranian

Bizə qoşulun!

your data is protected

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT