• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

FAQ

Ukrayna Avropanın cənub-şərq hissəsində yerləşir. Ukraynanın Belarus Respubikası ilə şimalda, Polşa ilə qərbdə, Slovakiya, Macarıstan, Rumıniya və Moldova ilə cənub-qərbdə və Rusiya ilə Şərqdə quru sərhədləri var. Ukraynanın Cənubu Qara və Azov dənişləri ilə əhatə edilir. Ukraynanın Rumıniya və Rusiya ilə dəniz sərhədləri var.

Dünyanın 20-dən çox ölkələrdən getdikçə daha çox tələbələr Ukraynada təhsil almağa gəlirlər. Bunun bir neçə səbəbi var:

  1. Qiymət-keyfiyyət nisbəti. Ukrayna universitetləri ucuz qiymətə yüksək keyfiyyətli və Avropa standartlarına uyğun təhsili təklif edir. Bundan əlavə, təhsilini bitirəndən sonra tələbə xaricdə tanınan diplomu alır. Bu isə onun gələcək karyerası üçün geniş fürsətlər açır.
  2. Sadələşdirilmiş qəbul sistemi. Ukraynada universitet tələbəsi olmaq üçün xarici tələbələr qəbul imtahanlarını və ya testlərini vermirlər. Bu ölkədə universitetə giriş sistemi olduqca sadədir. Tələbəni tam orta təhsilin olması haqqında rəsmi sənədin əsasında qəbul edirlər. Ali təhsil sahəsində bu Ukraynanın başqa ölkələrlə tutuşdurduqda üstünlüyünü göstərir.
  3. İxtisasların geniş müxtəlifliyi. Ukraynada Sizin istədiyiniz ixtisasa yiyələnməyiniz üçün çoxlu imkanlarınız var. Ukrayna universitetləri maksimal dərəcədə tələbələrin və təhsil bazarının tələblərini nəzəre almağa çalışırlar.
  4. Ukrayna Avropa ölkəsidir, lakin yaşamvətəhsil qiyməti olduqca Avropa qiymətlərindən aşağıdır. Həyatın ucuzluğu, həmçinin, tələbələrin yaxşı həyat şəraitlərini də təmin edir.
  5. Səyahət etmək üçün çoxlu fürsətlər. Avropa İttifaqına yaxınlıq həmin ölkələrə səyahət etmək üçün geniş imkanlar açır.

2005-ci ilin mart ayında Ukrayna Bolonya təhsil sisteminə qoşulub, həmin sistem Avropa Birliyi bütün ölkələrində qəbul edilib. O vaxtdan Ukraynada təhsil Avropa standartlarına uyğun aparilir.

Mütəxəssislərin hazırlığı iki təhsil səviyyəsində (dərəcəsində) keçirilir: bakalavr və magistr. Xarici tələbələr dərəcəni fasiləsiz olaraq oxuduqda 5-6 il təhsildən sonra ala bilərlər, və ya onların bakalavr dərəcəsi olduqda – 2 il ərzində. Lakin tibbi və baytarlıq ixtisaslar istisna olmaqla – bu halda xarici tələbələr üçün yalnız birinci variant etibarlıdır.

Xarici tələbələr magistr dərəcəsini bakalavr dərəcəsini aldiqdan 2 il sonra alır.

Ukraynanın ali təhsil ocaqlarında xərici tələbələr üçün təhsil müqavilə əsasində həyata keçirilir. Xarici tələbələr üçün orta təhsil haqqı ildə 1000 ABŞ dollarından 3000 ABŞ dollarınadək təşkil edir (2000 ABŞ dollarından 6000 ABŞ dollarınadək tibbi ixtisaslar üçün).

Hazırlıq kursunda təhsil haqqı 1000 ABŞ dollarından 2000 ABŞ dollarinadək təşkil edir.

Benəlxalq sazişlər, Ukrayna tərəfindən götürülmüs başqa beynəlxalq öhdəlikləri əsasında Ukraynada dövlət təqaüdlərini alan xarici tələbələr Təhsil və Elm Nazirliyinin göstərişləri əsasında həmin razılıqlar və öhdəlikər ilə nəzərdə tutulmuş prosedura uyğun olaraq qəbul edilir.

Ukrayna məktəblərində Ukrayna dilində oxuyaraq tam orta təhsili almış əcnəbi tələbələr və statusları xarici ukraynalı sertifikatı ilə təsdiq edilən xaricdə yaşayan ukraynalılar da Təhsil və Elm Nazirliyi ilə müəyyən edilmiş kvotalara uyğun olaraq pulsuz təhsil ala bilərlər.

Ukraynada daimi və qanuni yaşayan xarici vətəndaşlar Ukrayna vətəndaşları ilə eyni hüquqlara malik olaraq ali təhsili ala bilərlər.

Biz Ukraynaya xarici vətəndaşların gözləri ilə baxmağa cəhd etdik. Bütün dünyanı görmüş təcrübəli səyahətçilərin rəylərini araşdirib ba qərara gəldik ki, Ukrayna heç kəsi biganə qoymur. Ukraynaya gələn xarici vətəndaşlar həmişə ölkəmizdən, onun gözəlliklərindən, təbiətindən və arxitekturasından razı qalıb. Bundan başqa, Ukrayna xarici vətəndaşlar üçün Avropanın ən ucuz ölkələrindən biri olub.

Bəzi xarici tələbələr Ukraynaya ona görə gəlmirlər ki, hesab edirlər ki, Ukraynada müharibə gedir. Lakin, yaxın vaxtlarda bizim qonaqlarımız olanlar əmin olublar ki, bu, her də belə deyil.

Xarici vətəndaşların Ukrayna ali təhsil ocaqlarına qəbul edilməsi şifahi müsahibəl yolu ilə (universitetdə) və təhsilin olmasını təsdiq edən sənədlərin əsasında həyata keçirilir. Xarici tələbələrin müvəffəqiyyətliyinə dair tələbləri hər universitet sərbəst şəkildə özü müəyyən ləşdirir.

Xeyr, xarici tələbələr təhsil zamanı işləyə bilməz, çünki D tipli viza onlara belə hüququ vermir. Beləliklə, faktiki olaraq, miqrasiya qanunvericiliyi xarici tələbələrə Ukraynada təhsil aldıqları zaman ərzində işləməyə icazə vermir.

Ukraynaya universitetdə təhsil almaq məqsədilə yox, sadəcə müəyyən müddətə gəlmiş xarici vətəndaşlar yalnız işə icazələri olduğu halda işləyə bilərlər, həmin icazəni onlar Ukrayna Məşğulluq mərkəzlerində qanun la müəyyən edilmiş qaydada almalıdırlar.

Ukraynada daimi yaşayan xarici vətəndaşlara, xarici sahibkarlıq subyektlərinə, fərdi şəxslərə və həmçinin, işagötürənlərlə iş müqavilələrini bağlamış xarici vətəndaşlara iş icazəsi lazım deyil (mülki-hüquq müqavilələri əsasında iş).

İlk növbədə Siz dəvətin alınması üçün müraciət etməlisiniz, həmin dəvət Sizə tələbə vizasının alınmasına sənədləri verməyə icazə verəcək. PİTU-ya gələndən sonra Siz təhsil haqqında sənədin əslini təqdim etməlisiniz (adətən – orta məktəbin bitirilməsi və tam orta təhsilin alınması haqqında attestat). Xahiş edirik, həmin saytın “Oəbul” bölməsində dəvətin alınmasına, tələbə vizasının alınmasına və PİTU-ya giriş (səhifə) üçün lazımi sənədlərin siyahısına baxın.

Proqramlar, kurslar, təhsil şərtləri və ümumiyyətlə, universitet haqqında ətraflı məlumatları almaq üçün aşağıdakı şəxs ilə əlaqə saxlayın

Tatyana Belobrova

E-mail: +38 0532 50 01 23

Tel./faks: +38 0532 50 01 23

Viber: +38 066 159 09 60

WhatsApp: +38 066 159 09 60

Skype: Bridging Course PUET

Ünvan: auditoriya 101, Koval küç., 3, Poltava ş., Ukrayna, 36014

 

Bəli, var. Poltava İqtisadiyyat və Ticarət Universitetinin hazırlıq kursu Ukraynada universitetlərə daxil olmaq üçün lazımi fənlər üzrə yüksək keyfiyyətli hazırlığı təmin edir, həmçinin, gələcək abituriyentlərin Ukrayna universitetlərində təhsilin taniş spesifikaşi ilə taniş edir. Ona diqqət yetirin, ki hazırlıq kursunda təhsil müddəti ərzində xarici tələbələr Ukrayna və rus dillərini öyrənirlər. Bu onlara gələcəkdə Ukraynada mükəmməl təhsilə almağa və daha yaxşı nəticələr qazanmağa kömək edir.

PİTU hazırlıq kursunun aşağıdakı bölmələri var: iqtisadiyyat, İT, bio- və qida texnologiyaları, mehmanxana-restoran biznesi (turizm), dilçilik.

Bəli, var. Onlardan ən tələb olunanları ingilis dilindən kurslar və yay məktəbləridir, həmçinin, Çin dili kursları (Siz Çin dilinin əsaslarını öyrənib lazımi səviyyədə HSK testinə hazırlaşa bilərsiniz). Tələbələr, həmçinin, rus və Ukrayna dillərinin xarici dil kimi öyrənə bilərlər.

Əgər Siz hazırlıq kursunu keçəndən sonra PİTU-da olmayan ixtisas üzrə təhsilinizi davam etmək istəyirsinizsə, biz Sizə Ukraynanın tibbi və texniki ali məktəblərində təhsilinizi davam etməyə təklif edə bilərik.

Bəli, bu mümkündür. Təhsillərini bitirəndən sonra məzunlar Avropa nümunəli ali təhsil haqqında diplomları alırlar.

Diploma əlavə Avropa komissiyası, Avropa Şurası və YUNESKO / SEPES strukturuna uyğun olaraq doldurulur. Bu, diplomun dünyada tanınmasını təmin etmək lazım olur, həmçinin bu, xaricdə işə düzəlməyə də kömək edir.

Hazirda PİTU Avropa və dünyanin aparıcı universitetləri Cəmiyyətinin fəal iştirakçısıdır. PİTU-nin dünyanın 30 ölkəsindən 82 xarici universitetlər ilə sazişləri var. Aparıcı Avropa universitetləri ilə birgə PİTU Avropa Universitetləri Böyük Xartiyasını (Bolonya bəyannaməsini) imzalayıb, bu da Bolonya prosesinin təməlini qoyub. Universitet Avrasiya universitetlər Cəmiyyətinin, MDB ölkələri Kooperativ Partnyor Universitetlər Birliyinin və çoxsaylı başqa birliklərin və cəmiyyətlərin üzvüdür.

Xarici tələbələr ya universitetin yataqxanasında, ya da səhərdə mənzili icarə götürüb orada yaşaya bilərlər. Universitetin tələbə şəhərciyində 4 yataqxana var, orada hazirda 1500 tələbə yaşayır. İstəsələr, tələbələr kirayə mənzildə də yaşaya bilərlər.

Hər tələbə qrupunun kuratoru var, kurator universitet tərəfindən təyin edilir. Onun əsas vəzifəsi tələbələrə kömək etmək Ukraynada onlarin yaşayış şəraitini rahat etməkdir. Bundan başqa, universitetdə xarici tələbələrlə iş üzrə dekanliq da var, həmin dekanliq təhsil ilə bağlı bütün məsələlər üzrə məsuliyyət daşıyır.

Xarici tələbə, hər hansı başqa tələbə kimi, dərsdə müvəffəqiyyətsizlik, Ukrayna qanunlarının pozulması və təhsil haqqının ödənilməməsi ilə əlaqədar universitetdən xaric edilə bilər.

Universitet professor-müəllim heyətinin xarici tələbələrlə böyük iş təcrübəsi və yüksək səviyyəsi var. Hazirda professor-müəllim heyətində 50 elmlər doktoru və professorl, 270 elmlər namizədləri və dosentl çalışır.

PİTU-da xarici tələbələr üçün təhsil aşağıdakı ixtisaslar üzrə ingilis dilində keçirilir: menecment, xarici iqtisadi fəaliyyətin menecmenti, biznes-inzibatçılıq, məlumatlar texnologiyaları, qida texnologiyaları, beynəlxalq iqtisadiyyat. Bütün başqa ixtisaslar üzrə dərslər Ukrayna və ya rus dilində keçirilir. Ukrayna və ya rus dilində dərslərə əsasən hazırlıq kursunu bitirmiş tələbələr gəlir, çünki həmin kursun məcburi hissəsi dil hazırlığını nəzərdə tutur.

Bəli, bu mümkündür. PİTU-da inkişaf etmiş distant (məsafədən) təlim sistemi fəaliyyət göstərir, həmin sistem Ukraynada aparıcı sistemlərdən biridir. Bu günə kimi bu sistem 47 ixtisasda 600 kursdan çox kurs təklif edir. Uzaqdan təlim sisteminə girmək üçün tələbə universitetə şəxsən gəlməlidir və Ukrayna ərazisində olaraq ərizəni şəxsən verməlidir.

PİTU-nun müasir inkişaf etmiş öz texniki bazası var, həmin bazaya 1500 kompüter daxildir. Universitetin təhsil korpusunda hər hansı tələbə kompüterlərdən sərbəst istifadə edə bilər. Universitetin yataqxanalarında limitsiz İnternet və elektron kitabxana var. Məhz buna görə tələbələrin çox vaxt öz kompüterləri var.

Bəli, bu mümkündür. PİTU Avropa Universitetləri Böyük Xartiyasının (Bolonya bəyannaməsinin) üzvü olduğu üçün PİTU məzunları Avropa nümunəli diplomları alır, beləliklə, onlar təhsilini Avropanın başqa ölkələrində də davam etdirə bilər.

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT