Peşə fəaliyyəti və gündəlik həyatda ingilis dilində danışıq qabiliyyətlərinizi artizmaq üçün PİTU xarici tələbələrə Yay dil məktəbinə daxil olmağı təklif edir. Siz çoxmədəniyyətli mühitdə ingilis dilini xarici dil kimi öyrənmək imkanını və qiymətli təcrübə əldə edirsiniz. Eyni zamanda Yay məktəbi müddəti ərzində Ukrayna Sizə özünü Avropanın ən böyük ölkələrindən biri və misilsiz adət və ənənələrə malik ölkə kimi göstərəcək və ürəyini açacaq.
PİTU Yay dil məktəbi Sizə ingilis dilinin öyrənilməsi məqsədilə 4-pilləli kurs təqdim edir – А1, А2, В1, В2.
PİTU Yay dil məktəbində təhsilə başlamazdan əvvəl, öz dil səviyyələrini müəyyən etmək və müvafiq kursu seçmək üçün tələblər testdən keçməlidirlər. PİTU Yay dil məktəbində təhsil nəticəsində xarici tələbələr ingilis dilində daha sərbəst danışacaq.
Təhsil müddəti ərzində tələbələr müxtəlif tədbirlərdə iştirak edirlər. Təhsil prosesi həm kiçik qruplarda, həm də şəxsi formada keçirilir. Tələbə ingilis dilində oxumağı, yazmağı, dinləməyi və danışmağı öyrənəcək. Yay dil məktəbinin bütün kursları interaktivdir və onlara müxtəlif mövzulu tapşırıqlar daxildir. Yüksək nəticəni təmin etmək üçün müəllimlər müxtəlif materiallardan istifadə edir:
Oxu (xəbər saytları, hesabatlar, hekayələr) və ingilis dilinin anlaması, bununla dil lüğəti əlavə sözlərlə zənginləşdirilir
Yazı (kiçik cümlələrdən uzun paraqraflara və esselərədək), yazılı ünsiyyətdə daha əmin olmaq üçün
Danışıq nitqi (dialoqlar, gündəlik həyat hadisələri), ünsiyyətdə və danışıqlarda / müsahibələrdə daha inandırıcı olmaq üçün
Xarici nitqin eşidib başa düşülməsi (audio yoxlama), əsas mənanı ifadə etmək qabiliyyətini inkişaf etmək üçün
Bütün xarici tələbələr xarici dilləri öyrənmək üçün lazımi xüsusi proqram təminatı ilə təmin ediləcək.
Kursun müddəti 6 həftə (gündə 5 akademik saat) təşkil edir.
Hər həftənin sonunda tələbələr alınmış dil qabiliyyətlərinin yoxlanması məqsədilə testlərdən keçir.
Təhsilin sonunda PİTU Yay dil məktəbinin tələbələri sertifikatları alır.
Ən yaxın vaxtlarda PİTU Yay dil məktəbinin açılışı – 2017-ci ilin yayında.
Qeydiyyatdan indi keçin və biz Sizə bütün xəbərlər haqqında məlumat verəcəyik!
Ukrayna və PİTU ilə tanış olmaq üçün nadir fürsəti əldən verməyin!