• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

BİZNES-İNZİBATÇILIQ (MBA)

Kurs haqqında

Biznes-inzibatçılığı magistri (MBA) proqramı tələbələrin gələcəkdə biznesə və idarəetməyə yönəldilmiş karyeraya hazırlıq proqramıdır. MBİ yalnız biznesdə faydalı deyil. Bu dərəcəni çox zaman ictimai müəssisələrdə və dövlət orqanlarında idarəetmə funksiyalarını həyata keçirən işçilər də alır.

Hazirda MBA dərəcəsi müasir biznesin hərtərəfli anlanmasına imkan verir. Bu dərəcə xaricdə təhsil sahəsində ən tələb olunan proqramlardan biridir və beynəlxalq səviyyədə tanınır.

Birinci növbədə MBA proqramı idarəetmə təcrübələri və ali təhsil haqqında diplomları olan peşəkarlar üçündür. Magistr dərəcəsi idarəetmə sahəsində olan bilikləri sistemləşdirmək, biznes inzibatçılığı sahəsində yeni bacarıqları almaq və onları işdə istifadə etmək imkanını verir. Məzunlar beynəlxalq standartlara uyğun olaraq biznesin idarə edilməsi sahəsində klassik dərəcəni alırlar.

Adətən MBA diplomunu yüksək və orta səviyyəli menecerlər, heyət ehtiyatı mütəxəssisləri və orta biznes sahibləri almaq istəyir. Həmin dərəcə böyük perspektivləri açır və gələcək sahibkarlara müxtəlif sahələrdə iş yerlərini verir.

Həmin magistr proqramının məhz PİTU-da öyrənilməsinin 3 əsas səbəbi var:

  1. proqram tələbələrə biznesin fəaliyyəti əsaslarını daha dərindən öyrənməyə imkan verir: tələbələr real biznes-keyslərini təhlil edəcək, çətin məsələlərin həlli sahəsində təcrübə alacaq, qlobar və effektiv düşünməyi öyrənəcəklər. Sonda kurs müasir biznesin görünüşünü və qəbul edilməsini dəyişir. Poltava İqtisadiyyat və Ticarət Universitetinin MBA təhsil proqramı real praktiki bacarıqların alınmasına yönəldilib. Bu isə bizim məşğələlərimiz heç vaxt cansız olmamasının səbəblərindən biridir!
  2. MBA dərəcəsinin alınması möhkəm əsası yaradır, bunun nəticəsi isə gələcəkdə yüksək dividendlər olur. Xüsusiləşdirilmiş idarəetmə kursları real biznes mühitində əlaqələri tapmağa kömək edirlər.
  3. MBA statusdur, ixtisasın elit səviyyəsidir, və bu sahədə mütəxəssislərin hörmətini qazandırır. Bu dərəcə aparıcı beynəlxalq şirkətlərdə iş üçün bütün qapıları açır. Bəzi beynəlxalq şirkətlərdə isə MBA dərəcəsi olmadan heç yüksək vəzifə tutmaq da mümkün deyil.

TƏHSİL PLANI

Təhsil proqramına aşağıda göstərilmiş İxtisa kurslar daxildir:

  • strateji idarəetmə
  • idarə uçotu
  • heyətin menecmenti
  • marketinq menecmenti
  • böhrana qarşı idarəetmə
  • maliyyə menecmenti
  • korporativ idarəetmə
  • effektivliyin idarə edilməsi
  • innovasiya menecmenti
  • inzibati menecment
  • brend-menecment
  • liderliyin əsasları
  • korporativ idarəetmə
  • müəssisə təhlükəsizliyinin idarə edilməsi
  • menecmentdə məlumat sistemləri
  • elektron biznes
  • ictimaiyyət ilə əlaqələr
  • iş ünsiyyəti və mübahisəli hallar menecmenti
  • layihələrin idarə edilməsi
  • investisiya menecmenti
  • fandrayzinq və s.

İŞƏ DÜZƏLMƏ İMKANLARI

MBA məzunlarının aşağıda göstərilmiş işə düzəlmək imkanları var:

  • müxtəlif sahələrdə biznes direktor (rəhbər):
      • inzibati fəaliyyət
      • konsaltinq xidmətləri
      • marketinq
      • təchiz edilmə
      • reklam
      • ictimaiyyət ilə əlaqələr
      • sosial təminat sahəsi
      • bələdiyyə idarəedilməsi
      • mülk
      • sığorta
      • ticarət
  • departament direktorunun müavini (şöbə müdiri)
  • layihə və ya maddi (qeyri-maddi) istehsalat sahəsində proqramların rəhbəri
  • departament rəhbəri (şirkətin baş mütəxəssisi)
  • iqtisadi məsələlər üzrə məsləhətçi
  • dövlət hakimiyyət orqanlarında müşavir

DAXİL OLMAYA DAİR TƏLƏBLƏR

MBA dərəcəsinə ərizəni vermək üçün tələbə bakalavr dərəcəsini almalıdır və ixtisas fənlərdən (yuxarıda təhsil planına baxın) və xarici dildən müsahibədən keçməlidir. Menecment sahəsində bakalavr dərəcəsini almış tələbələr üçün təhsil müddəti 1.5 il təşkil edir, başqa bilik sahələrində bakalavr dərəcəsini almış tələbələr üçün isə – 2 il təşkil edir.

Ərizə vermə proseduru bütün kurslər üçün eynidir. Xahiş edirik, daha ətraflı məlumatları almaqq üçün (DAXİL OLMAQ) səhifəsinə baxın.

Bizim hazırlıq fakültəmiz haqqında məlumatları öyrənin. Biz təhsilinizi məhz həmin fakültədən başlamağa məsləhət görürük. Siz rus və Ukrayna dilini öyrənəcəksiniz və, həmçinin, Ukrayna akademik atmosferinə rahat uyğunlaşa bilərsiniz.

TƏHSİL HAQQI

PİTU xarici tələbələr üçün ən ucuz universitetlərdən biridir.

Müxtəlif proqramlar üzrə təhsil haqqı aşağıda göstərilib:  

Magistr dərəcəsinin alınması

  1-ci tədris ilinin qiyməti (USD) 2-ci tədris ilinin qiyməti (USD) Ümumi qiymət (USD)
2 illik təhsil 1650 835 2500
1,5 illik təhsil 1665 1665 3330

Təhsilin qiyməti ABŞ dollarında göstərilib.

Ukrayna ərazisində təhsil haqqı milli valyutada Ukrayna Milli Bankının valyuta məzənnəsinə uyğun həyata keçirilir.

Təhsil haqqına ölkəyə gələndən qabaq və sonra əmələ gəlmiş əlavə xərclər daxil deyil. Tələbələr vizanın alınması, sığortalanma, yerli qeydiyyat ödənişlərinin ödənilməsi, yataqxana qiymətinin ödənilməsi, dəftərxana ləvazimatlarının alınması və s. ilə bağlı məsələləri özləri həll etməlidir. 

   BİZNES-İNZİBATÇILIĞI (MBİ)

Important!

Education Levels and Duration of Study:

  • Magistr dərəcəsi - 1,5-2 illik təhsil

Languages of study:

  • English
  • Russian
  • Ukranian

Bizə qoşulun!

your data is protected

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT