• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

KOMPÜTER ELMLƏRİ

İxtisas haqqında

İnsan fəaliyyətinin çoxsaylı sahələrində müasir dünya nailiyyətləri informatikanın və riyazi modelləşmənin elmin, texnikanın, istehsalatın müxtəlif sahələrində istifadəsinə əsaslanır. İqtisadiyyatın inkişafı məlumat texnologiyalarının, onların riyazi və kompüter təminatlarının işlənməsini, tətbiq edilməsini və daimi mükəmməlləşdirilməsini tələb edir. Və məhz informatika sahəsində mütəxəssis həmin məsələləri xüsusi proqramları yaradaraq və məlumat texnologiyaları vasitələrindən istifadə edərək həll edə bilər.

Kompüter elmləri (KE) üzrə mütəxəssislər iqtisadiyyat, maliyyə, istehsalat, ticarət, hərbi, tibbi, təhsil, sosial, tədqiqat sahələrində fəaliyyət göstərən müəssisələrdə, idarələrdə və təşkilatlarda iş üçün hazırlanır. Onlar müxtəlif sənaye, ticarət sahələrində sahibkarlıq formalarından və təsərrüfat tiplərindən asılı olmayaraq müxtəlif müəssisələrdə, bank, maliyyə və gömrük sistemlərində, elmi-tədqiqat və təhsil ocaqlarında çalişa bilər.

“Kompüter elmləri” ixtisası üzrə məzunlar iqtisadiyyat, texniki, tibbi sahələrdə kompüter sistemi analizi üçün proqram vasitələrinin işlənməsində, testlərin keçirilməsində və diaqnostikasında iştirak edə bilərlər; internet-saytlarının yaradılmasında və dəyişdirilməsində peşəkar kimi kompüter qrafikasından və web-dizayndan istifadə edə bilərlər və s.

KEMT ixtisası xarici tələbələr üçün Ukraynada rus, Ukrayna və ingilis dilində təhsili almaq üçün əla fürsətdir.

Əgər Siz Ukraynada təhsilin alınmasına lazımi qaydada hazırlaşmaq istəyirsinizsə, rus dilini təhsil və ünsiyyət üçün öyrənmək istəyirsinizsə, məsləhət görürük, ki təhsilinizi PİTU Hazırlıq fakültəsindən başlayasınız.

Hazirda KEMT sahəsində Bakalavrlar və Magistrlar xarici universitetlərdə ən populyar ixtisaslardan biridir.

TƏHSİL PROQRAMI

KEMT ixtisasında həm ukraynalı, həm də xarici tələbələr aşağıda göstərilmiş ixtisas fənlərihi öyrənirlər:

  • Proqramlaşdırma
  • c #
  • visual studio
  • c ++
  • java
  • Hesabat sistemlərinin arxitekturası
  • Məlumatların alqoritmləri və strukturları
  • Məlumatlar bazaları və məlumatlar sistemləri
  • Elektron məlumatların təşkili və işlənməsi
  • html
  • xml
  • vba
  • c#
  • etc
  • Proqramlaşdırma və web-əlavələrində kömək
  • Məlumatların mühafizəsi
  • Proqram sistemlərinin layihələndirilməsi
  • Şəkillərin və multimediaların işlənməsi
  • Korporativ məlumatlar sistemlərinin platformaları
  • java
  • .net
  • Məlumat-analitik sistemlərin paylanması
  • İnformatika
  • object pascal
  • delphi
  • İnternet texnologiyaları
  • Məlumat şəbəkələri
  • Kompüter dizaynı əsasları
  • Məlumatlar və kodlaşma nəzəriyyəsi
  • İnternet-proqramlaşdırma
  • Unix əməliyyat sistemləri

İŞƏ DÜZƏLMƏ İMKANLARI

KEMT ixtisası üzrə məzunlar iqtisadiyyat, texniki, tibb sahələrində kompüter sistemlərinin analizi üçün proqram təminatının işlənməsi sahəsində, tətbiqi riyaziyyat, şəbəkənin idarə edilməsi, proqram təminatının testdən keçirilməsi və diaqnostikası sahələrində işə düzəlmək üçün gözəl imvanlar alacaq. Onlar peşəkar olaraq kompüter qrafikasından və web-dizayndan istifadə edə bilərlər, web-saytları yarada və dəyişdirə bilərlər, və s.

Məzunlar aşağıda göstərilmiş vəzifələri tuta bilər:

  • Administrator/müdir
    • məlumatlar bazaları
    • daxil olma
    • məsələlər
    • sistemlər
  • Analitik
  • Kompüter sistemləri
  • Kompüter kommunikasiyaları
  • Mühəndis
    • istehsalatın avtomatlaşdırılmış idarəetmə sistemləri
    • kompüter sistemləri
    • proqram təminatı
    • elmi-texniki məlumatlar
  • Proqramçı
    • tətbiqi
    • sistem

QƏBUL QAYDALARI

Kompüter elmləri və məlumat texnologiyaları ixtisasına qəbul olunmaq üçün qəbul imtahanlarını və ya testləri vermək lazım deyil. Bakalavr təhsil-ixtisas səviyyəsinə sənədləri verən xarici tələbələr tam orta təhsilli olmalıdırlar.

Magistr təhsil-ixtisas səviyyəsinə qəbul olunmaq üçün xarici tələbələr (həmçinin, ukraynalı tələbələr də) Bakalavr dərəcəsinə malik olmalıdırlar və Kompüter elmləri və məlumat texnologiyaları ixtisası üzrə müsahibədən keçməlidirlər.

Bakalavr dərəcəsini hansı ixtisas üzrə aldıqlarından asılı olaraq tələbələr 1.5 il və ya 2 il oxuyur. Kompüter elmləri və məlumat texnologiyaları ixtisası üzrə Bakalavr dərəcəsini almış tələbələr 1.5 il oxuyur. Başqa bilik sahələri üzrə Bakalavr dərəcəsini almış tələbələr isə 2 il oxuyur.

Sənədlərin verilmə proseduru başqa ixtisaslarla eynidir. Xahiş edirik, sənədlərin verilmə proseduru ilə tanış olmaq və universitetə daxil olmaq proseduru ilə tanış olmaq üçün DAXİL OLMAQ səhifəsinə keçin.

TƏHSİL HAQQI

PİTU xarici tələbələr üçün ən ucuz universitetlərdən biridir.

Müxtəlif proqramlar üzrə təhsil haqqı aşağıda göstərilib:  

Bakalavr dərəcəsinə (4 illik təhsil)
1-ci kursun qiyməti (USD) 2-ci kursun qiyməti (USD) 3-cü kursun qiyməti (USD) 4-cü kursun qiyməti (USD) Ümumi qiymət (USD)
800 880 968 1065 3713

Təhsilin qiyməti ABŞ dollarında göstərilib.

Ukrayna ərazisində təhsil haqqı milli valyutada Ukrayna Milli Bankının valyuta məzənnəsinə uyğun həyata keçirilir.

Təhsil haqqına ölkəyə gələndən qabaq və sonra əmələ gəlmiş əlavə xərclər daxil deyil. Tələbələr vizanın alınması, sığortalanma, yerli qeydiyyat ödənişlərinin ödənilməsi, yataqxana qiymətinin ödənilməsi, dəftərxana ləvazimatlarının alınması və s. ilə bağlı məsələləri özləri həll etməlidir. 

  KOMPÜTER ELMLƏRİ VƏ MƏLUMAT TEXNOLOGİYALARI

Important!

Education Levels and Duration of Study:

  • Bakalavr dərəcəsinə - 4 illik təhsil
  • Magistr dərəcəsi - 1,5-2 illik təhsil

Languages of study:

  • English
  • Russian
  • Ukranian

Bizə qoşulun!

your data is protected

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT