• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

MENECMENT

İxtisas haqqında

Menecer təşkilatlarda müəyyən prosesləri planlaşdıran, təşkil edən, uyğunlaşdıran və onlara nəzarət edən şəxsdir. Başqa sözlə desək, menecer bütün təşkilatın, onun ayrı-ayrı hissələrinin və ya müəyyən fəaliyyət istiqamətinin effektiv işi ilə bağlı məsuliyyət daşıyan rəhbər, idarə edən şəxsdir, onun şəxsiyyəti isə təşkilatın effektiv inkişafının əsas təminedici faktorudur.

Menecment ixtisası üzrə məzunlar PİTU-da təhsil aldıqları müddət ərzində biznesin müxtəlif sahələrində bilikləri və bacarıqları alırlar (kapital qoyma, reklam, İT, istehsalat, xidmətlər sahəsi və s.). Onlar menecment prinsiplərinin necə istifadə edilməsini bilirlər, həmçinin, öz peşəkar fəaliyyətlərində olan hüquq normalarını da bilirlər. Onlar müxtəlif fəaliyyət həcmli və sahibkarlıq formalı müəssisələrin idarəetmə proseslərini təmin edə bilirlər.

Təhsili başa vurandan sonra onlar aşağıda göstərilmiş iqtisadiyyat sahələrində iş tapa bilərlər:

  • sənaye istehsalatı
  • sığorta
  • ticarət
  • nəqliyyat
  • turizm
  • bank biznesi
  • dövlət və bələdiyyə idarəetmə orqanları
  • vençur şirkətləri və konsaltinq şirkətləri
  • elmi-tədqiqat müəssisələri
  • mediaşirkətlər
    • teleradioşirkətlər
    • jurnallar
    • qəzetlər
  • turizm şirkətləri və agentlikləri

TƏHSİL PROQRAMI

Həm ukraynalı, həm də xarici tələbələr aşağıda göstərilmiş ixtisa fənləri öyrənirlər:

  • Menecment və inzibatçılıq
    • əməliyyat menecmenti
    • heyətin idarəedilməsi
    • özünüidarəetmə
    • innovasiyaların idarə edilməsi
    • strateji idarəetmə
    • inzibati menecment
  • İnvestisiya menecmenti
  • Müəssisənin xarici iqtisadi fəaliyyəti
  • Biznes inzibatçılıq
    • dəyişiklərin idarə edilməsi
    • keyfiyyətin idarə edilməsi
  • Müəssisədə mübahisəli hallar menecmenti
  • Biznes-plan
  • Maliyyə menecmenti
  • Reklam menecmenti
  • Menecmentdə risk
  • Sahibkarlıq fəaliyyəti təhlükəsizliyinin menecmenti
  • İdarəetmə psixologiyası

İŞƏ DÜZƏLMƏ İMKANLARI

Hazirda gündə menecment sahəsində dərəcə aşağıda göstərilmiş sahələrdə işə düzəlmək üçün müxtəlif fürsətləri verir:

  • Biznesin təşkili və idarə edilməsi
  • Struktur bölmənin idarə edilməsi
  • Proseslərin operativ idarə edilməsi
  • İnnovasiyaların idarəedilməsi
  • İnsan ehtiyatlarının idarə edilməsi
  • Turizm sahəsində idarəetmə
  • Konsaltinq

QƏBUL QAYDALARI

Menecment ixtisasına qəbul olunmaq üçün qəbul imtahanlarını və ya testləri vermək lazım deyil. Bakalavr təhsil-ixtisas səviyyəsinə sənədləri verən xarici tələbələr tam orta təhsilli olmalıdırlar.

Magistr təhsil-ixtisas səviyyəsinə qəbul olunmaq üçün xarici tələbələr (həmçinin ukraynalı tələbələr də) Bakalavr dərəcəsinə malik olmalıdırlar və Menecment ixtisası üzrə müsahibədən keçməlidirlər.

Bakalavr dərəcəsini hansı ixtisas üzrə aldıqlarından asılı olaraq tələbələr 1.5 il və ya 2 il oxuyur. Menecment ixtisası üzrə Bakalavr dərəcəsini almış tələbələr 1.5 il oxuyur. Başqa bilik sahələri üzrə Bakalavr dərəcəsini almış tələbələr isə 2 il oxuyur.

Sənədlərin verilmə proseduru başqa ixtisaslarla eynidir. Xahiş edirik, sənədlərin verilmə proseduru ilə tanış olmaq və universitetə daxil olmaq proseduru ilə tanış olmaq üçün DAXİL OLMAQ səhifəsinə keçin.

TƏHSİL HAQQI

PİTU xarici tələbələr üçün ən ucuz universitetlərdən biridir.

Müxtəlif proqramlar üzrə təhsil haqqı aşağıda göstərilib:  

Bakalavr dərəcəsinə (4 illik təhsil)
1-ci kursun qiyməti (USD) 2-ci kursun qiyməti (USD) 3-cü kursun qiyməti (USD) 4-cü kursun qiyməti (USD) Ümumi qiymət (USD)
800 880 968 1065 3713

Təhsilin qiyməti ABŞ dollarında göstərilib.

Ukrayna ərazisində təhsil haqqı milli valyutada Ukrayna Milli Bankının valyuta məzənnəsinə uyğun həyata keçirilir.

Təhsil haqqına ölkəyə gələndən qabaq və sonra əmələ gəlmiş əlavə xərclər daxil deyil. Tələbələr vizanın alınması, sığortalanma, yerli qeydiyyat ödənişlərinin ödənilməsi, yataqxana qiymətinin ödənilməsi, dəftərxana ləvazimatlarının alınması və s. ilə bağlı məsələləri özləri həll etməlidir. 

   MENECMENT

Important!

Education Levels and Duration of Study:

  • Bakalavr dərəcəsinə - 4 illik təhsil
  • Magistr dərəcəsi - 1,5-2 illik təhsil

Languages of study:

  • English
  • Russian
  • Ukranian

Bizə qoşulun!

your data is protected

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT