• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

QİDA TEXNOLOGİYALARI

İxtisas haqqında

“Qida texnologiyaları” ixtisası üzrə hazırlıq saxlama, konservlərin hazırlanması və ətin, meyvə və tərəvəzlərin emalı texnoloigiyası sahəsində dərin nəzəri biliklərin alınmasını, yeməklərin və aşpazlıq məhsullarının, un qənnadi məhsullarının hazırlanması texnologiyasında peşəkar bilikərin və bacarıqların alınmasını, qida məhsullarının yeni növlərinin yaradılması, restoran müəssisələrinin layihələndirilməsi və yenidən təşkili sahəsində biliklərin və bacarıqların mənimsə-nilməsini nəzərdə tutur.

“Qida texnologiyaları” ixtisası üzrə məzunlar qidalanma fiziologiyası, qida və pəhriz əlavələri sahəsində biliklərinə yiyələnir, xammalın, yarımfabrikatların və qida sənayesinin hazır mallarının mikrobioloji bə kimyəvi-texnoloji yoxlanması metodlarında praktiki bacarıqlara yiyələnirlər. İxtisas üzrə tələbələr ISO seriya 9000 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq standartlaşdırma və qida məhsullarının sertifikatlaşdırılması sahəsində nəzəri bilikləri alırlar.

Ukrayna aparıcı təşkilatlarında geniş praktiki hazırlıq dövrü və xaricdə təcrübədən keçmə qida texnologiyaları və restoran təsərrüfatı sahəsində yüksək keyfiyyətli müasir təhsilin alınmasına imkan verir.

TƏHSİL PROQRAMI

Həm ukraynalı, həm də xarici tələbələr aşağıda göstərilmiş ixtisas peşə hazırlığı üzrə fənləri öyrənirlər:

  • Qida texnologiyaları
  • Sahə texnologiyası
  • Sahə məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin yoxlanması
  • Sahədə məhsulların yoxlanma üsulları
  • metrologiya, standartlaşdırma və məhsulların keyfiyyətinin idarə edilməsi
  • təşkil, planlaşdırma və müəssisələrdə İstehsalın idarə edilməsi
  • restoran təsərrüfatı müəssisələrinin layihələndirilməsi
  • qida istehsalı texnologiyalarının nəzəri əsasları
  • texnoloji hesabatlar, sahədə uçot və haqq-hesablar
  • restoran təsərrüfatı məhsullarının texnologiyası
  • içkilərin texnologiyası
  • unvə qənnadı məhsullarin texnologiyası
  • yeni restoran texnologiyaları
  • etnik mətbəxlər
  • pəhriz qidası məhsullarının texnologiyası
  • əmtəəşünaslıq və sahədə qida məhsullarının qablaşdırılması
  • dünya xalqları mətbəxləri
  • sahədə marketinq
  • sahədə təşkiletmə

İŞƏ DÜZƏLMƏ İMKANLARI

Təhsili başa vurandan sonra tələbələr aşağıda göstərilmiş vəzifələri tuta bilər:

  • qida məhsularının standartlaşdırılması və sertifikatlaşdırılması mərkəzinin rəhbəri və ya mütəxəssisi
  •  restoran direktoru
  • baş texnoloq
  •  restoran təsərrüfatı müəssisələrinin və qida və emaletmə müəssisələrinin mühəndis-texnoloqu
  • yoxlama-istehsalat laboratoriyasının müdiri
  • istehlakçı hüquqlarının müdafiəsi xidmətləriüzrə mütəxəssisi

QƏBUL QAYDALARI

Qida texnologiyaları ixtisasına qəbul olunmaq üçün qəbul imtahanlarını və ya testləri vermək lazım deyil. Bakalavr təhsil-ixtisas səviyyəsinə sənədləri verən xarici tələbələr tam orta təhsilli olmalıdırlar.

Magistr təhsil-ixtisas səviyyəsinə qəbul olunmaq üçün xarici tələbələr (həmçinin, ukraynalı tələbələr də) Bakalavr dərəcəsinə malik olmalıdırlar və Qida texnologiyaları ixtisası üzrə müsahibədən keçməlidirlər.

Bakalavr dərəcəsini hansı ixtisas üzrə aldıqlarından asılı olaraq tələbələr 1.5 il və ya 2 il oxuyur. Qida texnologiyaları ixtisası üzrə Bakalavr dərəcəsini almış tələbələr 1.5 il oxuyur. Başqa bilik sahələri üzrə Bakalavr dərəcəsini almış tələbələr isə 2 il oxuyur.

Sənədlərin verilmə proseduru başqa ixtisaslarla eynidir. Xahiş edirik, sənədlərin verilmə proseduru ilə tanış olmaq və universitetə daxil olmaq proseduru ilə tanış olmaq üçün DAXİL OLMAQ səhifəsinə keçin.

TƏHSİL HAQQI

PİTU xarici tələbələr üçün ən ucuz universitetlərdən biridir.

Müxtəlif proqramlar üzrə təhsil haqqı aşağıda göstərilib:  

Bakalavr dərəcəsinə (4 illik təhsil)
1-ci kursun qiyməti (USD) 2-ci kursun qiyməti (USD) 3-cü kursun qiyməti (USD) 4-cü kursun qiyməti (USD) Ümumi qiymət (USD)
800 880 968 1065 3713

Təhsilin qiyməti ABŞ dollarında göstərilib.

Ukrayna ərazisində təhsil haqqı milli valyutada Ukrayna Milli Bankının valyuta məzənnəsinə uyğun həyata keçirilir.

Təhsil haqqına ölkəyə gələndən qabaq və sonra əmələ gəlmiş əlavə xərclər daxil deyil. Tələbələr vizanın alınması, sığortalanma, yerli qeydiyyat ödənişlərinin ödənilməsi, yataqxana qiymətinin ödənilməsi, dəftərxana ləvazimatlarının alınması və s. ilə bağlı məsələləri özləri həll etməlidir. 

   QİDA TEXNOLOGİYALARI

Important!

Education Levels and Duration of Study:

  • Bakalavr dərəcəsinə - 4 illik təhsil
  • Magistr dərəcəsi - 1,5-2 illik təhsil

Languages of study:

  • English
  • Russian
  • Ukranian

Bizə qoşulun!

your data is protected

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT