• English
  • Türkçe
  • Azərbaycan

UNİVERSİTETƏ DAXİL OLMAQ ÜÇÜN AŞAĞIDA GÖSTƏRİLMİŞ TƏLİMATLARI ƏMƏL EDİN

POLTAVA İQTİSADİYYAT VƏ TİCARƏT UNİVERSİTETİNDƏ TƏHSİL ALMAQ ÇOX ASANDIR!

UNİVERSİTETƏ DAXİL OLMAQ ÜÇÜN AŞAĞIDA GÖSTƏRİLMİŞ TƏLİMATLARA ƏMƏL EDİN

01 SORĞU GÖNDƏRİN

Bizim web-saytımıza daxil olun, bütün məlumatları öyrənin, kursu (ixtisası) seçin və formanı doldurun – öz əlaqə məlumatlarınızı verin.

Sual vermək istədiyiniz halda və ya şərhlərimiz olduğu halda bizə aşağıda göstərilmiş sahədə yazın.

02 BİZ SİZİNLƏ ƏLAQƏ SAXLAYACAYIQ

Biz Sizinlə əlaqə saxlayacaq (adətən elektron poçt vasitəsilə), bütün suallarınıza cavab verəcək və Sizi maraqlandıran suallar ilə bağlı məsləhət verəcəyik.
Bu mərhələdə Siz oxumağa dəvəti almalısınız. Bizə lazımi sənədləri göndərin (bax təhsilə dəvətin alınması üçün sənədlərin siyahısı) və biz Sizin üçün təhsilə dəvəti hazırlayacayıq. Proses 1 gündən 5 günədək davam edir. Dəvətin əslini biz Sizə kuryer xidməti vasitəsilə göndərəcəyik (1-2 həftə ərzində).

Ona diqqət yetirin ki, universitetə daxil olma prosesini bitirmək üçün Ukraynaya gələn kimi Siz bütün sənədlərin əsllərini (daxil olmaq üçün sənədlərin siyahısı) xarici tələblər ilə iş üzrə dekanata təqdim etməlisiniz.

Dəvəti alandan sonra Siz Ukrayna vizasının alınması üçün sənədləri verməlisiniz.

03 TƏLƏBƏ VİZASINI ALMAQ ÜÇÜN SƏNƏDLƏRİ HAZIRLAYIN

Bu mərhələdə Siz öz ölkənizdə Ukrayna səfirliyinə tələbə vizasının alınmasına ərizəni vermək üçün müraciət etməlisiniz.

Sənədləri hazırlamaq və bütün prosedurlardan düzgün keçmək üçün Sizin ölkənizdə Ukrayna səfirliyinin internet-səhifəsini dərindən öyrənin.

Azərbaycanda

04 VİZANI ALIN VƏ BİLETİNİZİ ƏLDƏ EDİN

Vizana alandan sonra dərhal bizə məlumat verin.

Tələbə vizasının alınmasından sonra növbəti addım Ukraynaya biletin alınması olacaq.

Bizimlə əlaqə saxlayın, bizə uçuş haqqında tam məlumatları verin (reysin nömrəsi, uçuşun və enmənin vaxtı, terminalın nömrəsi və s.) və biz Sizi hava limanında qarşılayacayıq!

Ona diqqət yetirin ki. daxil olmaya bütün namizədlər  ən azı viza müddəti sona çatandan 1 ay əvvəl və Ukrayna sərhədini keçəndən ən çoxu 5 gün sonra universitetə gəlməlidir.

Magistr / bakalavr proqramının başlanğıcı – 1 sentyabr. Siz proqrama 15 noyabr tarixinədək qoşula bilərsiniz.

Hazırlıq fakültəsi proqramları üzrə təhsilin başlanğıcı – 1 sentyabr. Siz proqrama 10 dekabr tarixinədək qoşula bilərsiniz.

05 GƏLMƏ VƏ TƏHSİL

Gələcəyiniz vaxt haqqında bizə Ukraynaya uçuşdan 2 həftə əvvəl məlumat verin. Uçuş haqqında bütün ətraflı məlumatları və vizanın surətini bizə göndərin. Bütün xarici tələbələri universitetin nümayəndəsi məktub ilə qarşılayır. Tələbələr dəstələrinə universitetin avtobusu ilə pulsuz transfer təqdim edilir. Tək gələn tələbələri universitetin nümayəndələri qarşılayır. Belə tələbələr avtobusun qiymətini özləri ödəyir.

Hava limanında sərhədi keçərək əlavə xərclər və ödənişlər yoxdur.

Gələndən sonra Beynəlxalq elm-təhsil mərkəzinə qeydiyyat prosesini başa vurmaq üçün müraciət edin. Bunun üçün sənədlərin əsllərini təqdim etmək, miqrasiya xidmətində yerli qeydiyyata alınmaq, qəbul müsahibəsindən (lazım olduqda) və başqa prosedurlardan keçmək lazımdır.

Təhsil haqqını ödəyin və təhsil prosesinə qoşulun!

06 DİPLOMUN ALINMASI

PİTU-da təhsildən zövq alın: parlaq tələbə həyatında fəal iştirak edin, konfranslarda və mühazirələrdə iştirak edin, bacarıqlarınızı təkmilləşdirin, Ukrayna və Avropada səyahət edin, yeni dostlar tapın və öz gələcək karyeranızı qurun!

Tədqiqatların keçirilməsinə və diplom layihəsinzin yazılmasına maksimal dərəcədə səy göstərin və əlinizdə olan vəsaitlərdən istifadə edin! Qoy Sizin layihəniz nadir və inqilabi olsun!

Biz Sizə həyatınızda və karyeranızda müvəffəqiyyətler arzulayırıq!

Bizə qoşulun!

Bizə qoşulun!

your data is protected

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT