• English
  • Русский
  • Türkçe
  • Azərbaycan

UNİVERSİTET HAQQINDA

Poltava İqtisadiyyat və Ticarət Universiteti (PİTU) mərkəzi Ukraynada aparıcı universitetlərdən biridir. Universitet məlumatlar texnologiyaları, idarəetmə və inzibatçılıq, sosial və davranış elmləri, mədəniyyət və incəsənət, xidmətləri sahəsi, qida məhsullarının istehsalat texnologiyası, biotexnologiyalar, hüquq, filologiya sahələrində mütəxəssisləri hazırlayır. Ukraynanın bütün universitetləri arasında PİTU xarici tələbələr üçün ən açıq və dostluq münasibətli universitetlərdən biri hesab edilir. Dünyanın 20 ölkəsindən gəlmiş 300-dən çox tələbəl PİTU-ni öz gələcək karyeralarının yaradılmasının əsası kimi seçiblər.

PİTU unikal ali təhsil ocağidir: xarici tələbələr üçün universitet Ukraynada ən yüksək səviyyəli təhsilin alınması üçün imkanları yaradır. Yəni, tələbələr aşağıdakıları həyata keçirə bilər:

  1. imtahansız universitetə daxil olmaq
  2. seçimlərinə uyğun olaraq ingilis, Ukrayna və ya rus dilində təhsil almaq
  3. təhsil haqqınd in ödənişdə endirimləri almaq
  4. şəxsi qrafikə uyğun təhsil almaq (nəzərdə tutulmuş təhsil planına uyğun)

Hazirda PİTU xarici tələbələrinə keyfiyyətli təhsili, müxtəlif kursları (dil, xüsusi kurslar) və ixtisasları, hazırlıq fakültəsini təklif edir. PİTU Avropada ingilis dilində təhsil almaq üçün əla və ən düzgün seçimdir!

PİTU xarici tələbələri təhsillərini parlaq və canlı çoxmədəniyyətli atmosferdə alırlar, Ukrayna və Avropada səyahət edirlər, xarici dilləri, qabaqcıl informasiya texnologiyalarını öyrənirlər, idman ilə məşğul olurlar və öz gələcəklərinin möhkəm əsasını yaradırlar.

Please e-mail us your question
Thank you for your request!
We'll contact you within 1 working day.
Mon-Fri: 7am-3pm GMT